AZ

"Meta" "super intellekt" yaratmaq üçün yüz milyardlarla dollar sərmayə qoyur

"Meta"nın yaradıcısı Mark Zukerberq bildirib ki, şirkət ABŞ-da nəhəng süni intellekt məlumat mərkəzləri qurmaq üçün yüz milyardlarla ABŞ dolları xərcləyəcək.

HİT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Zukerberq bildirib ki, "Meta" "super intellekt" yaratmaq üçün yüzlərlə milyard dollar sərmayə qoyur və bu məlumat mərkəzlərinə "miqyaslarına və təsirlərinə uyğun adlar" verilib.

Onun sözlərinə görə, “Prometey” adlı ilk çox-giqavatlıq məlumat mərkəzi 2026-cı ildə istifadəyə verilməlidir. Obyektlərdən biri demək olar ki, Manhetten ölçüsündə (59,1 kv.km) ərazini əhatə edəcək.

Qeyd olunur ki, Meta "super intellekt"in - ən ağıllı insanları üstələyə bilən texnologiyanın inkişafına xeyli sərmayə qoyub. Pulunun böyük hissəsini onlayn reklamdan qazanan şirkət 2024-cü ildə 160 milyard dollardan çox gəlir əldə etmək yolundadır.

Zukerberq "Meta"nın bir neçə çox-giqavatlıq klaster qurduğunu və Hyperion adlı bir klasterin bir neçə il ərzində beş gigavata çata biləcəyini söylədi. Onun sözlərinə görə, "Prometey" Ohayoda, Hyperion isə Luizianada tikiləcək və 2030-cu ilə qədər tam istifadəyə veriləcəyi gözlənilir.

Hazırda dünyada ən azı 10 000 məlumat mərkəzi var ki, onların əksəriyyəti ABŞ, Britaniya və Almaniyadadır.

Samir

Seçilən
27
hit.az

1Mənbələr