AZ

İvan Yuriç niyə xəstəxanalıq olub?

“Atalanta”nın 49 yaşlı xorvat baş məşqçisi İvan Yuriçin bir neçə gün qabaq xəstəxanaya yerləşdirildiyi məlum olub.

Arena.az bu barədə “Atalanta”nın rəsmi saytına istinadən məlumat verir.

Yuriçə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub. Hazırda xorvat mütəxəssisin səhhətinin sabit olduğu, özünü yaxşı hiss etdiyi bildirilir.

Yaxın günlərdə Yuriç müalicəsini başa vuraraq evə buraxılacaq.

İvan Yuriç “Atalanta”nı cari ilin iyul ayında qəbul edib. Xorvat mütəxəssis Berqamo komandasının baş məşqçisi vəzifəsində 67 yaşlı italyan mütəxəssis Can Pyero Qasperinini əvəzləyib.

Yuriç “Atalnata”ya qədər “Sauthempton”, “Roma”, “Torino”, “Ellas Verona”, “Cenoa”, “Krotone” və “Mantova”nı çalışdırıb.

Seçilən
24
arena.az

1Mənbələr