Azərbaycan millisinin üzvü Renat Dadaşov Polşanın “Motor Lublin” klubuna keçib.
Futbolpress.az xəbər verir ki, forvard Ekstraklasa təmsilçisinin saytına açıqlamasında transferi haqda bunları deyib:
“Motor Lublin” klubuna qoşulduğum üçün çox sevinirəm. Artıq yeni mövsümün başlanmasını səbirsizliklə gözləyirəm və ümid edirəm ki, bu mövsüm bizim üçün çox uğurlu olacaq. Eşitmişəm ki, artıq ilk oyunda stadionun tam dolması ehtimalı var, bu da bazar günü keçiriləcək oyunu daha da səbirsizliklə gözləməyimə səbəb olur.”