AZ

Nyu-Cersidə fövqəladə vəziyyət elan edildi

ABŞ-nin Nyu-Cersi ştatında güclü yağışlar nəticəsində baş verən daşqınlara görə fövqəladə vəziyyət elan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

 Nyu-Cersi ştatının qubernatoru Fil Mörfi güclü yağışlar səbəbilə fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.

Nyu-Cersi ştatında iyulun əvvəlində baş verən güclü yağış və fırtına zamanı avtomobillərin üzərinə ağacların aşması nəticəsində 3 nəfər həyatını itirmişdi.

Seçilən
74
operativmm.az

1Mənbələr