Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti “Azərinşaatlayihə” Dövlət Baş Layihə İnstitutu ilə satınalma müqaviləsi bağlayıb.
Valyuta.az xəbər verir ki, müqavilədə Laçın rayonunun Pircahan kəndinin layihələndirilməsi xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 1 399 025,48 manatdır.
Qeyd edək ki, “Azərinşaatlayihə” Dövlət Baş Layihə İnstitutu Fövqəladə Hallar Nazirliyinin (FHN) nəzdində fəaliyyə göstərir.
Hüseyn