Ukraynanın baş naziri Denis Şmıqal istefa ərizəsi yazıb.
ONN media xəbər verir ki, bu barədə baş nazirin rəsmi "Telegram" kanalında dərc olunan bəyanatda bildirilir.
"Döyüş xəttində olan və Ukraynanı qoruyan həm kişi, həm də qadın müdafiəçilərimizə təşəkkür edirəm! Güvəndiyi üçün Ukrayna Prezidenti Vladimir Zelenskiyə təşəkkür edirəm! Ölkəmiz üçün yorulmaz fəaliyyətinə görə bütün komandaya təşəkkür edirəm!", - deyə Şmıqal bəyanatında qeyd edib.
Qeyd edək ki, Ukraynada baş nazirin istefası avtomatik olaraq bütün hökumətin istefasına səbəb olur. Hərbi vəziyyət rejimi haqqında qanunun 10-cu maddəsində hərbi vəziyyət dövründə Nazirlər Kabinetinin səlahiyyətlərinə xitam verilməsinin mümkünsüzlüyü ilə bağlı müddəa var.
Ukrayna prezidenti Vladimir Zelenski baş nazirin müavinləri Yuliya Sviridenko və Mixailo Fedorovla görüşü keçirib. İclasda Nazirlər Kabinetinin qarşıdakı altı ay üçün vəzifələri müəyyən edilib