TBİLİSİ, 15 iyul. TELEQRAF
Bu ilin birinci yarısında Azərbaycandan Gürcüstana 20,45 milyon ABŞ dolları həcmində pul köçürülüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının hesabatından məlum olub.
Ötən ilin eyni dövrünə nisbətdə həcm təqribən 5% azalıb.
Yanvar-iyunda Gürcüstandan Azərbaycana göndərilmiş pul köçürmələrinin məbləği isə 26,2 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 26% çoxdur.
Təkcə iyun ayında Azərbaycandan Gürcüstana 3,11 milyon ABŞ dolları, Gürcüstandan Azərbaycana isə 5,74 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.
Ötən ay Gürcüstana xarici ölkələrdən ümumilikdə 315,51 milyon ABŞ dolları həcmində pul köçürmələri daxil olub. Gürcüstandan xarici ölkələrə göndərilən pul köçürmələrinin ümumi məbləği isə 34,3 milyon ABŞ dollarına bərabər olub.