BAKI, 15 iyul. TELEQRAF
Azərbaycanın kişi voleybolçularından ibarət "Xilasedici" klubunun iştirak edəcəyi CEV "Challange Cup"ın püşkü atılıb.
Teleqraf xəbər verir ki, avrokuboklarda debüt edəcək komanda Balkan kubokunun qalibi olacaq kollektivlə üz-üzə gələcək.
"Xilasedici" mübarizəyə 1/32finalda start verəcək. Komandaların birinci oyunu 11-13 noyabr, cavab görüşü isə 18-20 noyabr tarixlərində baş tutacaq.