AZ

“Azər-Türk Bank”ın xalis mənfəəti 50%-ə yaxın azalıb

BAKI, 15 iyul. TELEQRAF

2025-ci ilin I yarısında “Azər-Türk Bank” ASC-nin xalis mənfəəti 48,91% azalıb.

Teleqraf maliyyə qurumunun hesabatına istinadən xəbər verir ki, bankın mənfəəti ötən ilin birinci yarısında 13 milyon 550 min manat idisə, bu ilin eyni dövründə 6 milyon 924 min manat olub.

Mənfəət vergisindən əvvəlki mənfəəti 8 milyon 474 min manata qədər enib. Ötən ilin birinci yarısında bu göstərici 16 milyon 46 min manat idi. Bu, 47.19% azalma deməkdir.

Bu ilin iyul ayının 1-nə bankın faiz xərcləri isə artıb: 2024-cü ilin birinci yarısında 19 milyon 906 min manatdan 2025-ci ilin müvafiq dövründə 35 milyon 889 min manata 80.29%-lik artım olub.

Bankın depozitlər üzrə ödədiyi faizlər 17 milyon 586 min manatdan 31 milyon 660 min manatadək yüksəlib. Eyni zamanda, qiymətli kağızlar üzrə ödənilən faizlərdə də 213 min manatdan 654 min manata qədər artım olub.

Seçilən
24
teleqraf.com

1Mənbələr