AZ

La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi

BAKI, 15 iyul. TELEQRAF

İspaniyanın "Espanyol" klubu baş məşqçi Manolo Qonsaleslə müqaviləni yeniləyib.

Teleqraf xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

46 yaşlı mütəxəssis klubu ilə iki illik sözləşmə imzalayıb.

İspaniyalı məşqçi 2024-cü ildən "Espanyol"dadır. Komanda onun rəhbərliyi altında ötən mövsüm İspaniya La Liqasını 42 xalla 14-cü pillədə bitirib.

Qeyd edək ki, Manolo Qonsales apreldə La Liqanın ən yaxşı məşqçisi seçilib.

Qeyd edək ki,

Seçilən
15
teleqraf.com

1Mənbələr