AZ

İsrail hücum əmri verdi: Suriya qüvvələrini vurun!

İsrail hökuməti silahlı qüvvələrinə suriyalı əsgərlərə hücum etməyi əmr edib.

Publika.az xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun ofisindən açıqlama verilib.

Bildirilib ki, İsrail hökuməti Suriya qüvvələrinin əs-Suveydada druz icmasına qarşı hərəkətlərinə cavab olaraq Suriya ordusuna dərhal hücum əmri verib.

"Baş nazir BEnyamin Netanyahu və müdafiə naziri İsrael Katz İsrail Müdafiə Qüvvələrinə (IDF) Suriyanın əs-Suveyda bölgəsinə daxil olan bütün rejim qüvvələrinə və silahlara dərhal zərbə endirməyi tapşırıblar. Bu, Suriyanın cənubuna İsrail üçün təhlükə yaradan qüvvə və silahların daxil olmasının qarşısını almaq məqsədi daşıyan əvvəllər razılaşdırılmış tərksilah siyasətini pozur”.

Seçilən
78
1
publika.az

2Mənbələr