AZ

Magistral yolda piyada keçidinə ehtiyac varVİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, Əlif Hacıyev 24 ünvanında yerləşən binanın sakinləri yaxınlıqda, Bakı-Sumqayıt yolunda piyada keçidinin olmamasından şikayətçidirlər.

Sakinlər "Xəzər Xəbər"ə bildiriblər ki, magistral yolun digər tərəfində Abşeron Rayon Mərkəzi Xəstəxanası və 10 saylı orta məktəb yerləşir. Həmin müəssisələrə getmək üçün onlar hər dəfə bu sürətli yolu keçməyə məcbur olurlar. Bu da onların həyatı üçün təhlükəlidir. Vətəndaşlar həmin ərazidə dəfərlərə ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verdiyini deyirlər. Odur ki, sakinlər bu yolu "ölüm yolu"da adlandırırlar. 

Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.

Daha ətraflı videomaterial “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.

Seçilən
18
xezerxeber.az

1Mənbələr