AZ

Ukraynanın baş naziri istefa verib

Ukraynanın

Ukraynanın baş naziri Denis Şmıxal istefası ilə bağlı bəyanat yayıb. Yazı onun teleqram kanalında yerləşdirilib.

Reyting.az
xəbər verir ki, müraciətdə Şmıxal Ukrayna müdafiəçilərinə, eləcə də prezident Vladimir Zelenskiyə etimada görə təşəkkür edib.

Xatırladaq ki, Vladimir Zelenski daha əvvəl hazırkı iqtisadiyyat naziri Yuliya Svırıdenkonu hökumət başçısı vəzifəsinə təyin etməyi təklif etmişdi.

Zelenski Şmıxalın Ukrayna müdafiə naziri postuna namizədliyini nəzərdən keçirir. Nazirlər Kabinetində kadr dəyişiklikləri ilə bağlı səsvermə yaxın iki günə - iyulun 16 və 17-nə təyin edilib.

ELÇİN
Seçilən
14
reyting.az

1Mənbələr