“Zirə” daha bir futbolçusu ilə vidalaşıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  Yusuf Laval komandadan ayrılıb.

27 yaşlı nigeriyalı legionerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Laval ötən ilin sentyabrında "Zirə"yə transfer olmuşdu. O, zədələrə görə cəmi 10 oyunda meydanda olub və 1 qol vurub.

Əlavə edək ki, Nigeriyalı futbolçu Azərbaycanda daha öncə "Neftçi"nin də formasını geyinib.

Qeyd edək ki, Bakı təmsilçisi mövsümlərarası fasilədə daha əvvəl Rüstəm Əhmədzadə, Pyer Zebli və Məqsəd İsayevi də heyətdən yolları ayırmışdı.