“Zirə” daha bir futbolçusu ilə vidalaşıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Yusuf Laval komandadan ayrılıb.
27 yaşlı nigeriyalı legionerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, mövsümlərarası fasilədə Rüstəm Əhmədzadə, Pyer Zebli və Məqsəd İsayev heyətdən yola salınıb.