"Zirə" klubunda yeni mövsüm öncəsi ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, "qartallar"la Yusuf Lavalla yollarını ayırıb. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Laval ötən ilin sentyabrında "Zirə"yə transfer olmuşdu. O, zədələrə görə cəmi 10 oyunda meydanda olub və 1 qol vurub.
Əlavə edək ki, Nigeriyalı futbolçu Azərbaycanda daha öncə "Neftçi"nin də formasını geyinib.