ABŞ prezidenti Donald Trampın Avropa İttifaqına 30 faiz rüsum tətbiq etməsi ilə bağlı danışıqlar davam etsə də, hər iki tərəf iqtisadi müharibəyə hazırlaşır.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyeyen Trampın qərarına sərt reaksiya verib.
O, cavab tədbirlərinin müvəqqəti dayandırıldığını, lakin yeni iqtisadi əks tədbirlərin hazırlandığını açıqlayıb: "Lazım gələrsə, əks tədbirlərlə cavab verə bilərik. Biz əvvəldən işləmişik və buna hazırıq”.
Trampın bu qərarı bir çox Aİ ölkələrini, xüsusən də Almaniyanı narahat edir. Almaniya kansleri Fridrix Merz daha əvvəl xəbərdarlıq etmişdi ki, bu tədbir Almaniya iqtisadiyyatını dərindən sarsıda bilər: "Əgər bu baş verərsə, iqtisadi siyasət səylərimizin böyük bir hissəsini arxa plana keçirə bilərik, çünki bu, hər şeyə kölgə salacaq və Almaniyanın ixrac sektoruna ağır zərbə vuracaq".