AZ

Xəzərin Şüvəlan sahili tullantılardan təmizlənib - FOTO

“Təmiz ölkəm” devizi altında keçirilən növbəti təmizlik aksiyası Xəzərin Şüvəlan sahilində təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən iməcilik zamanı “Premium Bank”ın əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Xəzərin Şüvəlan sahili 500 kiloqramdan artıq tullantıdan təmizlənib.
Sahilyanı ərazilərdə ətraf mühitin çirklənməsinin qarşısını almaq, ictimaiyyətin ekoloji şüurunu artırmaq məqsədilə təşkil olunan təmizlik aksiyaları hər kəsi istirahət edərkən tullantıları təyin olunmuş yerlərə atmağa, təmizliyə riayət etməyə sövq etmək üçün mütəmadi olaraq keçirilir.

Seçilən
113
ekologiya.az

1Mənbələr