AZ

Uesli Sneyderin oğlu ilk peşəkar müqaviləsini imzaladı

“Real”, “İnter”, “Qalatasaray” kimi klublarda oynamış Uesli Sneyderin oğlu Cessi ilk peşəkar müqaviləsini bağlayıb.

Msport.az xəbər verir ki, 18 yaşlı futbolçu Niderland təmsilçisi “Utrext”də çıxış edəcək.

Qeyd edək ki, Uesli Sneyderin iki qardaşı və atası da futbolçu olub.

Uesli “İnter”də Çempionlar Liqasını, A seriyasını, İtaliya kubokunu, “Real”da La Liqanı, “Qalatasaray”da isə iki dəfə Türkiyə çempionluğunu və 2 dəfə Türkiyə kubokunu qazanıb.

O, Nideralnd millisinin heyətində 134 oyunda 31 qol vurub.

Seçilən
75
msport.az

1Mənbələr