ABŞ-nin Nyu-Cersi ştatında baş verən şiddətli yağış və bunun nəticəsində yaranan daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub.
“Ani sel xəbərdarlıqsız, gecə saatlarında belə baş verə bilər. Telefon, fənər və fövqəladə vəziyyət çantanızı yanınızda saxlayın. Daha yüksək yerə köçməyə hazır olun”.
Ştatda iyul ayının əvvəlində güclü yağış və fırtına zamanı ağacın avtomobillərin üzərinə düşməsi nəticəsində 3 nəfər ölüb.
ABŞ-nin cənub ştatı Texasda 4 iyulda qəfil başlayan şiddətli yağışlar səbəbindən Kerr bölgəsindəki Qvadelupa çayı daşaraq selə yol açmışdı. Bu sel fəlakətində indiyədək 129 nəfər həyatını itirib, təxminən 150 nəfərin itkin düşdüyü və axtarış işlərinin davam etdiyi bildirilib.