AZ

“Tor” zenit-raket kompleksində 85 təkmilləşdirmə aparılıb

“Tor” zenit-raket kompleksində 85 təkmilləşdirmə aparılıb.

Herbiand.az bildirir ki, bunu “Kupol” zavodunun baş direktoru Fanil Ziyatdinov “Milli Müdafiə” jurnalına müsahibəsində bildirib.

Direktorun sözlərinə görə, təkmilləşdirmələr kompleksin xüsusi hərbi əməliyyatda istifadəsi əsasında aparılıb. 85 təkmilləşdirmənin 60-ı radiotexniki avadanlıqlara, 25-i isə tırtıllı avtomobilin modernləşdirilməsinə aiddir: “Əlavə zireh mühafizəsi kütləvi şəkildə istehsal olunur və quraşdırılır. Fərdi elektron döyüş sistemi hazırlanıb və döyüş maşınında tətbiq edilir. Nəticədə kompleksin sağ qalma qabiliyyəti və ekipajların təhlükəsizliyi artıb”.

Onun sözlərinə görə, təkmilləşdirmələrin təxminən üçdə biri seriyalı modellərdə həyata keçirilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
13
herbiand.az

1Mənbələr