AZ

Latviya 55 Gürcüstan vətəndaşının ölkəyə girişinə qadağa qoydu 

Vətəninfo.az xəbər verir ki, Latviya hakimiyyəti 55 Gürcüstan vətəndaşının ölkəyə girişinə qeyri-müəyyən müddətə qadağa qoyub.

“Mən İmmiqrasiya Qanununun 61-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, daha 55 Gürcüstan vətəndaşını Latviya Respublikası üçün arzuolunmaz şəxslər siyahısına əlavə etmək qərarına gəldim”, – Latviyanın xarici işlər naziri Baiba Braje X sosial şəbəkəsində yazıb.

Arzuolunmaz şəxslər siyahısına salınan Gürcüstan vətəndaşlarının adları açıqlanmır. 2025-ci ilin martında Latviya 16 gürcüyə ölkəyə girişi qadağan edib.

Avropaya inteqrasiyanı dəstəkləyən nümayiş iştirakçılarına qarşı zorakılıq və repressiyalara cavab olaraq Gürcüstan hakimiyyətinə qarşı sanksiyaları ilk elan edənlər Latviya, Litva və Estoniya olub. Xüsusilə, Rusiyayönlü “Gürcü Arzusu” partiyasının yaradıcısı oliqarx Bidzina İvanişvilinin və keçmiş daxili işlər naziri Vaxtanq Qomelaurinin ölkəyə girişinə qadağa qoyublar.

Seçilən
118
veteninfo.az

1Mənbələr