AZ

Renat Dadaşov: "Bazar günü keçirəcəyimiz matçı səbirsizliklə gözləyirəm" - YENİLƏNİB

"Komandaya qoşulduğum üçün çox şadam. Yeni mövsümün əvvəlini səbirsizliklə gözləyirəm".
 
Moderator.az xəbər verir ki, bunu Polşanın "Motor Lublin" klubuna keçən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.
 
"Eşitmişəm ki, ilk matçda anşlaq ola bilər. Buna görə də bazar günü keçirəcəyimiz matçı səbirsizliklə gözləyirəm".
 
Qeyd edək ki, Renat Dadaşov "Motor Lublin"lə 1+1 illik müqavilə imzalayıb. Komanda mövsümdə ilk oyununu iyulun 20-də evdə "Arka Qdınya"ya qarşı keçirəcək.
 
14:52
 
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, 26 yaşlı hücumçu Polşanın "Motor Lublin" komandasına keçib.
 
Dadaşov yeni klubu ilə sonradan bir illik uzadılma şərti ilə bir illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, Renat Dadaşov son olaraq Polşanın digər təmsilçisi "Radomyak"ın şərəfini qoruyub. Onun yeni komandası ötən mövsümü 12-ci, yeni klubu isə 7-ci pillədə başa vurub.
phrase_var_article.chosen
127
moderator.az

1phrase_var_article.sources