AZ

Fransa müstəmləkə dövrü üçün Nigerə təzminat ödəməyə hazırdır

Fransa hökuməti 1899-cu ildə yerli sakinlərin qətliamına görə Nigerə təzminat ödəməyə hazır olduğu barədə BMT-ni xəbərdar edib.

HİT.az xəbər verir ki, bu barədə “The Guardian” Fransanın BMT-dəki daimi nümayəndəsinin məktubuna istinadən yazıb.

Məktubda deyilir: “Fransa Niger hakimiyyəti ilə ikitərəfli dialoqa, eləcə də mənşənin öyrənilməsi və ya mədəni irsin qorunması sahəsində istənilən əməkdaşlığa açıqdır”. 

Bildirilir ki, Fransa qoşunlarının qətliamları qurbanlarının övladlarını təmsil edən dörd Niger təşkilatının şikayəti üzərində işləyən BMT məruzəçisinə göndərilib.

Fransız qoşunları Mərkəzi Afrika Missiyasını müasir Niger ərazisində Fransanın müstəmləkə imperiyasına birləşdirmək məqsədi ilə həyata keçiriblər. Kampaniya zamanı minlərlə yerli sakin öldürülüb, onlarla kənd yandırılıb. 

Montrealdakı Kvebek Universitetinin beynəlxalq hüquq professoru və BMT-nin bu iş üzrə xüsusi məruzəçisi Bernard Duhaime yazır ki, Fransa o zaman vəhşiliklər haqqında bilsə də, Mərkəzi Afrika Missiyasının heç bir üzvü bu cinayətlərə görə cavabdeh deyildi.

Təzminat ödəməyə hazır olmasına baxmayaraq, Fransa hökuməti hələ də qırğınları etiraf etməkdən və baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməkdən imtina edir. Lakin son illərdə Fransa 1945-ci ildə Əlcəzairlilərin qətliamını etiraf edib və 1947-ci ildə Madaqaskarda üsyanın zorakılıqla yatırılmasına görə rəsmi olaraq üzr istəyib.

Samir

Seçilən
18
hit.az

1Mənbələr