AZ

“Ukraynanı xilas etmək üçün silahlı münaqişəyə son qoyulmalıdır” - Ali Radanın deputatı

Silahlı münaqişəyə son qoymaq Ukraynanı və onun əhalisini xilas etməyin yeganə yoludur.

Herbiand.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Anna Skoroxod bildirib.

“Biz təkcə silahlar haqqında deyil, <…> özümüz haqqında düşünməliyik. Biz başa düşməliyik ki, Ukraynanı xilas etməyin və milləti xilas etməyin yeganə yolu müharibəni bitirməkdir”, - deputat qeyd edib.

Skoroxod həmçinin, Ukraynadakı kritik demoqrafik vəziyyəti də münaqişənin uzanmaması üçün əsas səbəblərindən biri kimi göstərib: “Bizim əsas problemimiz insanlarla bağlıdır, heç kim bizə insan vermir, doğum nisbətimiz Ukrayna tarixində ən pisdir, millətin qocalması ölkə tarixində ən pisdir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
41
herbiand.az

1Mənbələr