AZ

Cordan Henderson rəsmən “Brentdord”da!

Bir neçə gün öncə “Ayaks”dan azad agent qismində ayrılmış ingilis dayaq yarımmüdafiəçisi Cordan Henderson “Brentdord”a qoşulub.

Arena.az bu barədə “Brentdord” mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Cordan Henderson “Sanderlend”in məzunudur. “Dayaqçı”, karyerası ərzində həmçinin “Koventri Siti”də icarə əsasında, “Liverpul”, “Əl-İttifaq” və “Ayaks”da isə tamhüquqlu əsasda çıxış edib.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Henderson “Ayaks” üçün 45 oyun keçirib, 1 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Cordan 2010-cu ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 83 oyuna çıxıb, 3 qol vurub və 11 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 35 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
26
arena.az

1Mənbələr