BAKI, 15 iyul. TELEQRAF
Mərkəzi Bank “Atəşgah Sığorta” ASC və “Meqa Sığorta” ASC-yə icrası məcburi sərəncam verib.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, aparılan monitorinqlər nəticəsində hər iki şirkətdə müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması halları aşkarlanıb.
Aşkarlanan pozuntular “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə zidd olduğundan, Mərkəzi Bank tərəfindən “Atəşgah Sığorta” və “Meqa Sığorta” ASC-lərə icrası məcburi olan sərəncamlar təqdim edilib.