AZ

Süni maneələrə rəğmən Baku Network ilk dəfə olaraq şəhid jurnalistlərimizin xatirəsinə həsr olunmuş sərgi təşkil edə bildi - Sahil Kərimli (FOTO/VİDEO)

Paris. Trend:

Baku Network analitik mərkəzi şəhid jurnalistlərimizin sərgisiniilk dəfə, özü də müəyyən çətinliklərlə və süni maneələrlə üzləşərəkAvropada – Ermənistanın qatı müdafiəçisi olan Fransanın paytaxtıParisdə təşkil etməyi bacardı.

Trend xəbər verir ki, bu barədə “Baku Network”analitik mərkəzinin proqram direktoru Sahil Kərimli birinci vəİkinci Qarabağ müharibələri zamanı erməni işğalçıları tərəfindənamansızcasına qətlə yetirilmiş azərbaycanlı şəhid jurnalistlərinxatirəsinə həsr olunmuş sərgidə bildirib.

"Sərgi Birinci və İkinci Qarabağ Müharibəsi zamanı erməniişğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlışəhid jurnalistlərin xatirəsinə həsr olunub

Məlumdur ki, peşə borcnunu yetirərkən şəhid olmuş jurnalistlərinxatirəsi müəyyən dövrlərdə ayrı-ayrılıqda fərdi şəkildə anılıb.Amma biz qərara gəldik ki, bu missiyanı daha geniş miqyasda vəarealda həyata keçirək və şəhid media nümayəndələrinin fotolarındanibarət sərgi yaradaq. Fotoların üzərində fransız və ingilisdillərində şəhidlərin hər biri haqqında ətraflı məlumatlar qeydedilib. Həmçinin fotoşəkillərdən ibarət braşurlar da çap edilib vəbu günkü sərginin iştirakçılarına paylanılır", -deyə obildirib.

S. Kərimlinin sözlərinə görə Fransa daim ermənipərəst siyasətyürüdür, işğalçı Ermənistanı müdafiə edir: "Belə bir şəraitdəParisdə belə bir sərginin keçirilməsi müəyyən çətinliklər vəmaneələr yaradırdı. Sərginin Fransaya gətirlməsi, çap məhsullarınınsərhəddən keçirilməsi də müəyyən risklər yaradırdı. Amma biz buçətinlikləri dəf etdik və hədəfə uğurla çata bildik."

O həmçinin bildirib ki, UNESCO Dünya İrs Siyahısı Komitəsinin47-ci sessiyası çərçivəsində İçərişəhərin UNESCO-nun Dünya İrsSiyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbirçərçivəsində də şəhid jurnalistlərimizin xatirəsinə həsr olunmuşbukletlər sessiya iştirakçılarına paylanılıb.

"Sərgi zamanı Ermənistanın həm Birinci Qarabağ müharibəsində,həm də 44 günlük Vətən Müharibəsi zamanı mülki əhalimizə, peşəborcunu yerinə yetirən jurnalistlərimizə qarşı bu cür qanlıcinayətlər törətdiyi iştirakçıların diqqətinə çatdırıldı.

Bu gün sərgi zamanı fotolarda təqdim olunan jurnalistlərin birneçəsi Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın suverenərazisi olan Qarakənd səmasında dövlət və media qrumlarınümayəndələrini daşıyan helikopterin vurulması nəticəsində şəhidolublar. Fəxrəddin Şahbazov, Alı Mustafayev və digərləri bu qanlıterror nəticəsində faciəvi şəkildə həlak olublar. Bundan başqaSalatın Əsgərova, Çingiz Mustafayev də erməni işğalçılarıtərəfindən qətlə yetiriliblər , - deyə o bildirib.

S.Kərimli əlavə edib ki, 44-günlük Vətən Müharibəsindən sonraisə “Azərtac” agentliyinin əmıəkdaşı Məhərrəm İbrahimov vəAzərbaycan Televiziyasının operatoru Sirac Abışov ermənilərin minaterrorunun qurbanı olub.

“Bu da ağır bir müharibə cinayəti idi, təssüf ki, digər mülkişəxslərimizlə yanaşı bizim həmkarlarımız da Ermənistanın bucinayətlərinin qurbanı oldular. Sərgidə xatirələri anılan digərjurnalistlər də ayrı-ayrı dövrlərdə ermənilər tərəfindənöldürülüblər. Ümid edirik ki, qısa da olsa bu həqiqətləri sizəçatdıra bildik və çıxışların sonunda mən sizi sərgi ilə dahayaxından tanış olmağa dəvət edəcəm. Sonda təşkilati dəstəyə görəXarici İşlər Nazirliynə, Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Agentliyinə, Azərbaycanın Fransadakı Səfirliyinə, bizəyardım edən, dəstək olan digər dostlarımıza təşəkkür edirik ki,belə bir önəmli tədbirdə, Azərbaycan həqiqətləri dünyayaçatdırılması, eyni zamanda erməni vəhşiliyinin ifşa edilməsindəbizə dəstək oldunuz”,-deyə S.Kərimli qeyd edib

Qeyd edək ki, Baku Network analitik mərkəzi Avropada ilk dəfəolaraq Ermənistanın təcavüzü nəticəsində həlak olan azərbaycanlıjurnalistlər mövzusunu gündəmə gətirib və bu istiqamətdə bir sıratədbirlər həyata keçirib.

Paris şəhərində təşkil olunmuş sərgi çərçivəsində Baku Networkictimaiyyətə şəhid jurnalsitlər haqqında materiallar təqdim edib.Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, fransız və xaricijurnalistlər iştirak ediblər.

Tədbir Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində BakuNetwork-un “Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərintəhlili” adlı layihəsi çərçivəsində keçirilib. Sərgi AzərbaycanRespublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilətəşkil olunub.

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş bukletlər sərgininiştirakçılarına, həmçinin UNESCO-nun qərargahında keçirilən vəİçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinəhəsr olunmuş təqdimatın qonaqlarına paylanılıb. Təqdimat Ümumdünyaİrs Komitəsinin 47-ci sessiyası çərçivəsində baş tutub.

Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Süni
Məqalədə:
phrase_var_article.chosen
95
50
az.trend.az

10phrase_var_article.sources