Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun “Motor Lublin”ə keçdiyini xəbər vermişdik.
Futbolpress.az xəbər verir ki, Polşa təmsilçisinin idman direktoru Pavel Qolanski oyunçunun transferi haqda klubun mətbuat xidmətinə danışıb:
“Dadaşov bizə uyğun hücumçudur. Hava mübarizələrində yaxşıdır, rəqib müdafiəsində çox hərəkətlidir. O, Avropanın güclü liqalarında oynayıb. Son altı ayı da Polşada keçirib və liqanı tanıyır”.