Zabrat qəsəbəsinə gedən yolda qəza baş verib.
Yenisabah.az-ın məlumatına görə, avtoqəzada “Toyota Aqua” markalı maşın “Mitsubişi Airtrek” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Qəza zamanı “Toyota Aqua”nın ön hissəsi tamamilə yararsız hala düşüb. Əraziyə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alan şəxsə yerində ilkin müdaxilə göstərib. Ölən və ağır yaralanan yoxdur. pizza
Nazim Hacıyev
Telegram kanalımız