Türkiyəli astroloq Dinçer Güner bütün bürclərə təsir edəcək yeni bir dövrə qədəm qoyduğumuzu bildirib.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, Ayın Balıq bürcünə keçməsi ilə bu gün emosional və intuitiv enerjilərin ön planda olduğu bir mərhələ başlayıb.
Astroloq qeyd edib ki, Ayın bu mövqeyi xüsusilə duyğusal münasibətlərin möhkəmlənməsi, sezgi və yaradıcılıq qabiliyyətlərinin güclənməsi ilə müşayiət olunur. Günerə görə, Balıq bürcünün təsiri altında olan qarşıdakı 14 saat ailə üzvləri və yaxın dostlarla münasibətləri dərinləşdirmək üçün əlverişli zamandır.
“İnsanlar bu gün daha həssas, anlayışlı və mərhəmətli olurlar,” – deyə o vurğulayıb.
Dinçer Güner əlavə edib ki, yaradıcılıq sahələrində uğur qazanmaq üçün uyğun enerji axınları mövcuddur. Onun fikrincə, meditasiya, yoqa, təbiət gəzintiləri və su ilə bağlı fəaliyyətlər bu gün insan psixologiyasına müsbət təsir edə bilər.