AZ

"Buta"qrupu Latviyadakı Mahnı və Rəqs Bayramında

Latviyanın paytaxtı Riqada XIII Latviya Məktəbli Gənclərin Mahnı və Rəqs Bayramı keçirilib.

Kulis.az xəbər verir ki, bayramda ilk dəfə olaraq Latviyada fəaliyyət göstərən “Buta” Azərbaycan rəqs qrupu da iştirak edib.

Qrupdiaspora və xarici qonaq qruplarının konsertində milli rəqslərimizi təqdim edərək tamaşaçıların rəğbətini qazanıb.

Tədbir Latviyanın 43 bölgəsindən 38 mindən çox iştirakçının qatıldığı paradla yekunlaşıb.

Qeyd edək ki, bu bayram UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alan Latviya Mahnı və Rəqs Festivalının bir hissəsidir.

Seçilən
37
kulis.az

1Mənbələr