AZ

Bəxtiyar Musayev AFFA-da vəzifə aldı

Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi, tanınmış futbolçu Bəxtiyar Musayev AFFA-da fəaliyyətə başlayıb.

Arena.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mütəxəssis Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, Bəxtiyar Musayev 1997-2006-cı illərdə Azərbaycan millisinin heyətində 20 oyun keçirib. O, karyerası ərzində “Dinamo” (Bakı), “Neftçi” (Bakı), “Turan” (Tovuz), MOİK (Bakı), “Qarabağ”, “Şəmkir”, “Şəfa”, “Xəzər Lənkəran” kimi klublarda forma geyinib. Musayev karyerasını bitirdikdən sonra elə skautluq ilə məşğul idi.

Seçilən
19
arena.az

1Mənbələr