AZ

Rusiya ordusu Petrovka və Voskresenka yaşayış məntəqələrini işğal edib

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Petrovka və Voskresenka yaşayış məntəqələrini ələ keçirib.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.

“Cənub qüvvələri qrupunun bölmələri hücum əməliyyatlarını davam etdirib, taktiki vəziyyəti yaxşılaşdırıb və Donetsk Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti – red.) Petrovka qəsəbəsini azad edib. “Şərq” qüvvələr qrupunun bölmələrinin fəal və qətiyyətli hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Voskresenka qəsəbəsi azad edilib”, - məlumatda deyilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
34
herbiand.az

1Mənbələr