AZ

Sabahın havası açıqlandı

İyulun 17-dək ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin davam edəcəyi gözlənilir
ONN media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, yaxın iki gündə Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 35-38, bəzi yerlərdə isə 40°C-yə qədər yüksələcək. Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında da istilik 36°C-yə çatacaq. Dağlıq ərazilərdə isə temperatur 28-33°C arasında dəyişəcək.
Qeyd edək ki, 17 və 18 iyulda hava temperaturunun 2 dərəcə aşağı düşəcəyi gözlənilir. 19 iyulda isə temperaturun yenidən qalxacağı proqnozlaşdırılır.
Seçilən
33
onn.az

1Mənbələr