AZ

"Victoria’s Secret"in qurucusu süni intellektlə sərvətini ikiqat artırdı

ABŞ-ın Ohayo ştatında fəaliyyət göstərən tanınmış iş adamı Les Veksner süni intellekt texnologiyasına vaxtında qoyduğu sərmayə sayəsində sərvətini 7.9 milyard dollardan 10.1 milyard dollara yüksəldib. 

Valyuta.az xəbər verir ki, "Victoria’s Secret" və "The Limited" brendlərinin qurucusu olan Veksnerin bu artımı "CoreWeave" şirkətindəki 4 faizlik payı ilə bağlıdır.

"CoreWeave" bu ilin martında IPO keçirdikdən sonra bazar dəyərini üçqat artıraraq 73 milyard dollara çatdırıb. Şirkət əsasən GPU əsaslı bulud xidmətləri təqdim edir və "Microsoft", "Meta" kimi nəhəng müştərilərlə çalışır. Veksnerin ailə fondu bu şirkətə 2019 və 2021-ci illərdə erkən mərhələdə yatırım edib. Hazırda bu payın dəyəri 2.8 milyard funtdur.

Veksnerin "The New Albany Company" adlı əmlak şirkəti də texnoloji nəhənglərə torpaq satışı ilə böyük gəlir əldə edir. Şirkət "Google", "Amazon", "Meta", "Intel" kimi şirkətlərə minlərlə akr torpaq satıb və regionun texnologiya mərkəzinə çevrilməsində mühüm rol oynayıb.

Veksnerin ailəsi həmçinin 1.4 milyard dollarlıq sənət kolleksiyası, 300 milyon dollarlıq lüks daşınmaz əmlak və yüz milyonlarla dollarlıq digər aktivlərə sahibdir.

Sərvanə Rəmixanova

Seçilən
90
valyuta.az

1Mənbələr