AZ

Xesus Valyexo “Real”ı “Albasete”yə dəyişdi

28 yaşlı ispan mərkəz müdafiəçisi Xesus Valyexo Madrd “Real”ından azad agent qismində ayrılaraq “Albasete”yə keçib.

Arena.az bu barədə “Albasete”nin mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Xesus Valyexo “Saraqosa”nın məzunudur. Müdafiəçi, karyerası ərzində “Real”da, həmçinin icarə əsasında “Ayntraxt” (Frankfurt), “Vulverhempton” və “Qranada”da çıxış edib.

Geridə qalmş 2024/2025-ci illər mövsümündə Valyexo “Real” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 4 oyun keçirib.

Valyexo İspaniyanın U-16, U-17, U-19, U-21, U-23 yığmalarına, həmçinin Olimpiya yığmasına cəlb edilib, əsas yığmaya isə çağırış almayıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı ispan mərkəz müdafiəçisinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətlənidirir.

Seçilən
22
arena.az

1Mənbələr