2025-ci ilin birinci yarısında Krım hakimiyyəti hərracda ukraynalı oliqarx və siyasətçilərin milliləşdirilmiş əmlakını ümumilikdə 2,2 milyard (təxminən 47 milyon 915 min 999 manat) rubldan çox qiymətə satıb.
Publika.az xəbər verir ki, bu barədə Krım Dövlət Şurasının sədri Vladimir Konstantinov "Telegram" kanalında məlumat verib.
Konstantinovun sözlərinə görə, onların satışından əldə olunan gəlirlər respublikanın inkişafına, o cümlədən Ukrayna müharibəsinin iştirakçılarına və onların ailələrinə dəstək üçün istifadə olunacaq.
Bildirilir ki, ilin əvvəlindən ümumilikdə 25 belə obyekt satılıb.