AZ

Medvedev: Avropa məyus olsa da, Rusiyanın vecinə deyil

Medvedev:

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın Kreml əleyhinə açıqlamalarına reaksiya verib.

Reyting.az
-ın məlumatına görə, Trampın Ukrayna ilə razılıq əldə olunmayacağı təqdirdə Rusiyaya tətbiq edilən tarifləri 100 faiz artıracağını deməsinə münasibət bildirən Medvedev bunu “şou ultimatumu” kimi qiymətləndirib.

Dünyanın Trampın təhdidini səbirsizliklə gözlədiyini deyən Medvedev əlavə edib: “Tramp Kremlə möhtəşəm ultimatum verdi. Döyüşkən Avropa məyus oldu. Rusiyanın vecinə deyildi”.

ABŞ prezidenti Tramp bundan əvvəl Ukrayna ilə 50 gün ərzində razılığa gələ bilməsə, Rusiyaya tətbiq edilən tarifləri 100 faiz artıracağını və Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri göndəriləcəyini açıqlamışdı.

ELÇİN
Seçilən
7
reyting.az

1Mənbələr