KXDR səsdən sürətli silahlar hazırlayır ki, bu da Yaponiyada ciddi narahatlıq yaradır.
Herbiand.az bildirir ki, bu qiymətləndirmə Yaponiya Müdafiə Nazirliyinin “Ağ kitab” adlı illik hesabatında yer alıb.
Yaponiya Müdafiə Nazirliyi belə bir fikir bildirib ki, Pxenyanın səsdən sürətli silahlar hazırlaması KXDR-in də iştirak etdiyi hərbi münaqişə zamanı “potensial düşmənin cavabını çətinləşdirməyə” yönəlib.
Yaponiya Müdafiə Nazirliyi Pxenyanın raket-nüvə proqramı inkişaf etdirməsini tənqid edərək, bunu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birbaşa pozulması adlandırıb. Nazirlik həmçinin, Şimali Koreya ilə Rusiya arasında hərbi-texniki əməkdaşlığın dərinləşməsinin davam etməsindən narahatlığını bildirib.
Bəxtiyar CƏFƏRLİ