AZ

Mingəçevir və Zaqatalaya prokurorlar təyin edildi

Yazını böyüt
Yazını kiçilt

Mingəçevir şəhəri və Zaqatala rayonuna yeni prokurorlar təyin ediliblər.

Hafta.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Baş prokurorun əmri ilə, Mingəçevir şəhər prokuroru, baş ədliyyə müşaviri Qabil Səfərov tutduğu vəzifədən azad edilərək Zaqatala rayon prokuroru təyin edilib.

Baş prokurorun digər əmri ilə, Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi Pərvin Quliyev vəzifəsindən azad edilərək Mingəçevir şəhərinə prokuror təyin olunub.

Seçilən
16
1
hafta.az

10Mənbələr