AZ

“Azərbaycan radiokəşfiyyat qülləsi quraşdırıb” - erməni jurnalist

Azərbaycan hərbçiləri Ermənistanın geniş ərazisində böyük radiokəşfiyyat qülləsi quraşdırıblar.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bu barədə jurnalist Voskan Sarkisyan öz Facebook səhifəsində yazıb.

“2024-cü ildə Tavuş rayonunun Noemberyan icmasının 30 il ərzində möhkəmləndirilmiş mövqelərin olduğu sərhəd zonasında delimitasiya bəhanəsi ilə Bağanis-Ayrum kəndinin ərazisi birtərəfli qaydada Azərbaycana təslim edilib. Bu ərazilərdən yuxarıda, təpədə Azərbaycan hərbçiləri Ermənistanın açıq-aşkar kəşfiyyatı üçün iri radiostansiya quraşdırıblar. Bu qüllə fotoları çəkdiyim yerdən - Ermənistan-Gürcüstan dövlətlərarası yoldan yaxşı görünür”, - Sarkisyan qeyd edib.

Bəxtiyar CƏFƏRLİ



Seçilən
17
herbiand.az

1Mənbələr