"Arsenal" klubu indi də "Kristal Pelas"ın futbolçusu Ebereçi Eze üçün danışıqlar aparır.

Offsideplus.az xəbər verir ki, "topçular" 27 yaşlı vingerin 68 milyon funt-sterlinqlik sərbəst qalma məbləğini ödəmək istəmir. Onlar müzakirələr apararaq ingilis futbolçunu daha aşağı məbləğə heyətinə qatmaq istəyir.

Bu barədə "talkSPORT" məlumat yayıb.

E. Eze 2020-ci ildən "Kristal Pelas"da çıxış edir. O, son mövsüm 43 oyunda 14 qol vurmağı bacarıb.