AZ

Ozobiç Azərbaycan təmsilçisinə "pul oxudu"

"Neftçi"dən ayrılan yarımmüdafiəçi Filip Ozobiç karyerasını digər Azərbaycan təmsilçisində davam etdirə bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun xidmətində "Sumqayıt" maraqlıdır.

"Kimyaçılar"ın serbiyalı baş məşqçisi Saşa İliç milliləşdirilmiş xorvatın performansını bəyənir. Tərəflər artıq mümkün keçidi müzakirə də ediblər. Yeganə problem Ozobiçin tələb etdiyi maaşın məbləğidir. Təcrübəli futbolçu məvacib məsələsində qarşı tərəfə güzəş etsə, münasibətlər rəsmiləşəcək.

Xatırladaq ki, Ozobiç daha öncə Azərbaycanda "Qəbələ" və "Qarabağ"ın da formasını formasını geyinib.

Nihat

Seçilən
241
9
fanat.az

7Mənbələr