AZ

PSV "Bayer"in qapıçısını icarəyə götürüb

"Bayer"in qapıçısı Matey Kovar növbəti mövsümü PSV-də keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Eyndhoven klubu futbolçunu satın alma opsionu ilə icarəyə götürüb.

Yeni komandada futbolçu 32 nömrə altında çıxış edəcək.

Ötən mövsüm qapıçı Leverkuzen üçün bütün turnirlərdə 15 oyun keçirib, 13 qol buraxıb və 9 oyunda qapısını toxunulmaz saxlayıb.

phrase_var_article.chosen
106
operativmm.az

1phrase_var_article.sources