Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiya ərazisi üzərində Ukraynanın 55 pilotsuz uçuş aparatını məhv edib.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə Moskva vaxtı ilə iyulun 14-ü saat 20:00-dan 15 iyul Moskva vaxtı ilə səhər saat 07:00-a qədər hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus təyyarə tipli 55 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib:
Belqorod vilayəti ərazisi üzərində 32, Voronej vilayəti üzərində 12, Qara dəniz ərazisi üzərində 6, Lipetsk vilayəti ərazisində 3, Rostov vilayəti üzərində 1, Kursk vilayəti ərazisində 1 PUA.