AZ

ÜST-nin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi (FOTO)

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakınümayəndəliyi 22 iyul - Milli Mətbuat Günü münasibətilə medianümayəndələri ilə bir araya gəldi.

Trendxəbər verir ki, görüşün məqsədi ÜST ilə yerli media arasındaəlaqələri daha da gücləndirmək, ictimai sağlamlıq sahəsində görülənişlərlə bağlı məlumat mübadiləsi aparmaq və gələcək əməkdaşlıqimkanlarını araşdırmaq olub.

Tədbirdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər vəÜST-nin Ölkə Ofisinin əməkdaşları iştirak edib.

Qeyri-rəsmi və qarşılıqlı ünsiyyətə açıq formatda keçiriləngörüş zamanı iştirakçılar ÜST-nin Azərbaycandakı prioritetistiqamətləri olan iqlimə davamlı səhiyyə sistemləriningücləndirilməsi, köməkçi texnologiyalara çıxış, immunizasiya, psixisağlamlıq, qeyri-infeksion xəstəliklərə mübarizə, ÜST-nin səhiyyədəfövqəladə hallar proqramının fəaliyyəti və digər sahələrdə həyatakeçirdiyi təşəbbüslər barədə məlumat alıb.

“Sağlamlıqla bağlı dəqiq və vaxtında məlumatların ictimaiyyətəçatdırılması üçün mətbuatla işləmək bizim üçün prioritetdir. BizÜST olaraq sizi ictimai səhiyyənin ayrılmaz tərəfdaşı kimi görür vəbu əməkdaşlığa böyük dəyər veririk. Sağlam bir cəmiyyətin qurulmasısizinlə mümkündür,” - deyə ÜST-nin Azərbaycandakı nümayəndəsi vəÖlkə Ofisinin rəhbəri Dr. Hande Harmancı qeyd edib.

Tədbir çərçivəsində jurnalistlər ÜST-nin mütəxəssisləri iləbirbaşa ünsiyyət qurmaq imkanı əldə edib, onları maraqlandıransualları ünvanlayıb və gələcək media əməkdaşlıqları üçün fikirmübadiləsi aparıb.

Tədbirin sonunda ÜST-nin Azərbaycandakı nümayəndəsi və ÖlkəOfisinin rəhbəri Dr. Hande Harmancı jurnalistlərin ünvanlandığısualları cavablandırıb.

Bu görüş açıq fikir mübadiləsi üçün imkan yaradıb. Medianümayəndələrinin iştirakı və maraqlı sualları səhiyyə ilə bağlımövzuların ictimai müzakirəsində medianın rolunu bir daha önəçıxarıb. Tədbir qarşılıqlı dialoqun davamlılığını təşviq edənmüsbət bir addım kimi dəyərləndirilib.

ÜST-nin
ÜST-nin
ÜST-nin
ÜST-nin
ÜST-nin
ÜST-nin
ÜST-nin
ÜST-nin
Məqalədə:
Seçilən
118
4
az.trend.az

4Mənbələr