AZ

Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb (FOTO/VİDEO)

Paris. Trend:

Baku Network (BN) analitik mərkəzi Avropada ilk dəfə olaraqErmənistanın təcavüzü nəticəsində həlak olan azərbaycanlıjurnalistlər mövzusunu gündəmə gətirərək bir sıra tədbirlərkeçirib.

Trend xəbər verirki, Parisdə təşkil olunan sərgi çərçivəsində BN ictimaiyyətəşəhid-jurnalistlərlə bağlı materialları təqdim edib.

Həmçinin, UNESCO-nun qərargahında keçirilən və İçərişəhərinUNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 25 illiyinə həsrolunmuş təqdimat zamanı, 47-ci Dünya İrs Komitəsinin sessiyasıçərçivəsində çıxış edən BN rəhbəri Elçin Ağacanov bildirib ki, azərbaycanlı jurnalistlərQarabağda erməni təcavüzünün qurbanı olublar və peşə borcunu yerinəyetirərkən həlak olublar.

Tədbir iştirakçılarına şəhid jurnalistlərin xatirəsinə həsrolunmuş bukletlər də paylanılıb. Tədbirdə Fransa ictimaiyyətininnümayəndələri, fransız və xarici jurnalistlər iştirak ediblər.

Bu məsələnin Fransanın paytaxtında müzakirəyə çıxarılması, peşəborcunu yerinə yetirərkən həlak olan azərbaycanlı jurnalistlərintaleyi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıbaxımından mühüm addım olub.

Sərginin açılışında nitqlə çıxış edən Azərbaycanın Fransadakısəfirliyinin müşaviri Nigar Hüseynova Ermənistanla Azərbaycanarasında 30 illik münaqişənin fəsadlarından söz açıb.

Münaqişə qurbanları arasında mətbuat nümayəndələrinin olduğunuvurğulayaraq, 1991-ci ildə erməni qüvvələri tərəfindən vəhşicəsinəöldürülən və ilk şəhid jurnalist olan Salatın Əsgərovanı, habelə1991-ci ildə Azərbaycanın yüksək rütbəli nümayəndələrini vənazirlərini daşıyan və Qarabağ səmasında terror aktına məruz qalanvertolyotda həlak olmuş Osman Mirzəyev, Alı Mustafayev və FəxrəddinŞahbazovu, habelə Xocalı soyqırımının dünya mətbuatındatanıdılmasında rolu olan, 1992-ci ildə Ağdamda çəkiliş zamanı şəhidolan Çingiz Mustafayevi qeyd etmişdir. Bununla yanaşı, 2021-ci ildəKəlbəcərdə AZTV və Azərtac əməkdaşları Sirac Abışov və Məhərrəmİbrahimovun mina qurbanları olduğunu qeyd edərək, azərbaycanlılarınbugün də mina təhlükəsi altında yaşadıqlarını vurğulamışdır.

Böhran zamanı informasiyanın həyati əhəmiyyətini vurğulayanN.Hüseynova, bu cəsarətli jurnalistlərin öz həyatlarını riskəataraq cəmiyyəti regionda baş verən hadisələrlə məlumatlandırmaqkimi vəzifəni yerinə yetirdiyini bildirmiş və onların bu vəzifələriinternetin və sosial şəbəkənin mövcud olmadığı, informasiyanınbugün olduğu kimi sürətlə yayılmaq imkanının olmadığı bir dövrdə,Azərbaycan üzərində informasiya blokadasının yaradıldığı çətinşəraitdə yerinə yetirildiyini əlavə etmişdir. Şəhid jurnalistlərəhəsr edilən bu təşəbbüsə görə “Trend” İnformasiya Agentliyi və“Baku Network” Analitik Mərkəzinə təşəkkür etmişdir.

"La Gazette du Caucase" qəzetinin baş redaktoru Jan-Mişel Brünöz növbəsində qeyd edib ki, Qarabağda jurnalistlər ermənitəcavüzünün hədəfinə yalnız öz peşə borclarını yerinəyetirirdiklərinə görə çevriliblər.

“Bəzi ölkələr artıq müharibə qanunlarına əməl etmir. Onlar dincəhalini bombalayır, xəstəxanaları və məktəbləri dağıdır, piyadaəleyhinə minalar yerləşdirirlər. Bu gün Yaxın Şərqdə baş verənlər —eynilə Qarabağ müharibəsi dövründə də baş vermişdi. Bu günxatirəsini andığımız jurnalistlər təsadüfən həlak olmayıb. Onlarməhz jurnalist olduqları üçün öldürülüblər”, – deyə ovurğulayıb.

Jan-Mişel Brün senzura, manipulyasiya və redaksiya qadağalarıvasitəsilə jurnalistlərə qarşı təzyiqlərin daha incə formalarına dadiqqət çəkib. Misal olaraq o, fransalı jurnalist Lizron Budul iləbağlı hadisəni qeyd edib. Onun sözlərinə görə, Budulun Qarabağlabağlı reportajı efirdən çıxarılıb, çünki o, rəsmi versiyayla təzadtəşkil edirdi . Digər hadisə Fransanın nüfuzlu nəşrində çalışanmüxbirlə bağlı olub. O, Azərbaycan ordusu barədə saxtaməlumatlardan istifadə edib ki, redaksiyanın gözləntilərinə uyğungəlsin. Sonradan həmin jurnalist bunun yalan olduğunu etiraf edib.Onun sözlərinə görə, əgər bunu etməsəydi, onun məqaləsi dərcolunmayacaqdı.

Daha sonra tədbirdə çıxış edən BN rəhbəri Elçin Ağacanovbildirib ki, həmin jurnalistlər erməni separatçıları vəterrorçuları tərəfindən təsadüfən deyil, həqiqəti söylədikləri üçünqətlə yetirilib.

“Mən onları qəhrəman adlandıracağam, baxmayaraq ki, onlar heç dəqəhrəmanlığa can atmırdılar. Onlardan heç biri ölümə can atmamışdı.Onlar sadəcə öz işlərini görürdülər. Bu on üç nəfər hədəfəçevrildi, çünki söz – güllədən qorxuludur. Çünki dağıdılmış evinçəkilmiş şəkli yalanı alt-üst edə bilər. Çünki dəqiq reportajcinayətin gizləndiyi qaranlığı ifşa edir”, – deyə o bildirib.

E. Ağacanov vurğulayıb ki, həmin on üç jurnalist tüstü arasındangörə bilən gözlər, ağrını susdurmağa imkan verməyən səsləridilər.

“Bu jurnalistlər təkcə güllələrlə deyil, həm də yalanla mübarizəaparırdılar. Təhriflə, saxtakarlıqla. Onlar “feyklərə” qarşıvuruşurdular. Onların qarşısında sifəti olmayan bir düşmən dururdu– yalnız kölgələr. O düşmən ki, qorxunu və təşvişi təkcə silahladeyil, həqiqətin təhrif edilməsi ilə də yayır. Bu on üç nəfərgözəgörünməz cəbhədə döyüşürdü. Və geri çəkilmədikləri üçün həlakoldular”, – deyə o qeyd edib.

BN analitik mərkəzinin proqram direktoru Sahil Kərimli BakuNetwork şəhid jurnalistlərimizin sərgisini ilk dəfə, özü də müəyyənçətinliklərlə və süni maneələrlə üzləşərək Avropada – Ermənistanınqatı müdafiəçisi olan Fransanın paytaxtı Parisdə təşkil etməyibacardığını diqqətə çatdırıb.

S.Kərimli peşə borcnunu yetirərkən şəhid olmuş jurnalistlərinxatirəsinin müəyyən dövrlərdə ayrı-ayrılıqda və lokal şəkildəanıldığını vurğulayıb.

"Amma biz qərara gəldik ki, bu missiyanı daha geniş miqyasda vəarealda həyata keçirək və şəhid media nümayəndələrinin fotolarındanibarət sərgi yaradaq. Fotoların üzərində fransız və ingilisdillərində şəhidlərin hər biri haqqında ətraflı məlumatlar qeydedilib. Həmçinin fotoşəkillərdən ibarət braşurlar da çap edilib vəbu günkü sərginin iştirakçılarına paylanılır",-deyə o bildirib

Kərimli Fransanın daim ermənipərəst siyasət yürütdüyün, işğalçıErmənistanı müdafiə etdiyini diqqətə çatdırıb.

Belə bir şəraitdə Parisdə belə bir sərginin keçirilməsi müəyyənçətinliklər və maneələr yaradırdı. Sərginin Fransaya gətirlməsi,çap məhsullarının sərhəddən keçirilməsi də müəyyən riskləryaradırdı. Amma biz bu çətinlikləri dəf etdik və hədəfə uğurla çatabildik.

Qeyd edək ki, tədbir Parisdə yerləşən Azərbaycan MədəniyyətMərkəzində “Azərbaycanın əleyhinə hibrid və ideoloji təhdidlərintəhlili” adlı Baku Network layihəsi çərçivəsində keçirilib. SərgiAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Agentliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyiilə təşkil olunub.

Sonda tədbirlərin keçirilməsinə şərait yaratdıqlarına görə,Azərbaycan XİN-in UNESCO üzrə Azərbaycan Respublikasının MilliKomissiyasına, Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyinə, Azərbaycanın Fransadakı səfirliyinə vəFransa-Azərbaycan Dialoqu Assosiasiyasına dərin təşəkkürümüzübildiririk.

Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Baku
Məqalədə:
phrase_var_article.chosen
58
9
az.trend.az

9phrase_var_article.sources