AZ

Nyu Cersidə fövqəladə vəziyyət elan edildi

Nyu Cersi ştatının qubernatoru Fil Merfi güclü yağışlar və daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın şimal-şərq ştatının rəhbərinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Merfi Nyu Cersi sakinlərini ehtiyatlı olmağa və çox zərurət olmadıqca yollarda səyahət etməməyə çağırıb. 

Mətbuat xidməti daşqınlar, şiddətli tufanlar, güclü yağışlar və dağıdıcı küləklər səbəbindən Nyu-Cersi ştatında (21 əyalətdə) fövqəladə vəziyyət elan edildiyini bildirib.
İtkilər barədə məlumat verilmir.

Seçilən
30
ucnoqta.az

1Mənbələr