Cənubi Koreya Yaponiyanın Yapon dənizindəki mübahisəli Dokdo/Takeşima adaları üzərində suverenlik iddiasını təkrarlamasına etiraz edib.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir ki, Yaponiyanın Dokdo adasına iddiasını təkrar dilə gətirməsi qəbulolunmazdır: "Sözügedən adalar tarixə, coğrafiyaya və beynəlxalq hüquqa əsaslanaraq Cənubi Koreyaya aid olduğunu bütün dünya bilir. Odur ki, Yaponiyanı dərhal bu iddialarından əl çəkməyə çağırırıq".
Firudin Səfərli
MİA.AZ